"Sabah" - "Hapoel Beer Şeva" matçının hakimləri açıqlandı
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” və İsrailin “Hapoel Beer Şeva” komandaları arasında keçiriləcək cavab görüşünün bütün təyinatları açıqlanıb.
Sportify.az xəbər verir ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma rumıniyalı hakimlər briqadasına tapşırılıb.
Qarşılaşmanı İştvan Kovaç idarə edəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab görüşü
20:45. “SABAH” (AZƏRBAYCAN) – “HAPOEL BEER ŞEVA” (İSRAİL)
Baş hakim: İştvan Kovaç
Yan xətt hakimləri: Mihay Marika, Ferenç Tunyogi
Dördüncü hakim: Sabolç Kovaç (hamısı Rumıniya)
Hakim-inspektor: Stefan Lannoy (Fransa)
UEFA nümayəndəsi: Tammo Bayshuyzen (Niderland)
Qeyd edək ki, bu komandaların ilk oyununda “Hapoel Beer Şeva” qələbə qazanıb – 2:1.



No Comment! Be the first one.