"Turan Tovuz"dan xal itkisi, "Neftçi"dən darmadağın - YENİLƏNDİ
Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Sportify.az xəbər verir ki, “Palms Sports Arena”da “Neftçi” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəlib.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qollardan 4-ü ilk yarıda vurulub. Breno Almeyda 14 və 17-ci dəqiqələrdə fərqlənib. Bununla da braziliyalı hücumçu ardıcıl ikinci oyunda “dubl” edərək, bombardirlər cədvəlində vahid lider olub.
Fasiləyədək Falaye Sako 35-ci, İqor Ribeyro 41-ci dəqiqədə qol vurub. Yeni transfer Endryu Qravilyon isə 90+1-ci dəqiqədə son nöqtəni qoyub.
Beləliklə, “Neftçi” ardıcıl ikinci oyunda qələbə qazanaraq, xalını 6-ya çatdırıb və “Zirə” ilə birlikdə liderliyi bölüşüb. “Araz-Naxçıvan” isə çempionatda ilk böyük hesablı məğlubiyyət alan komanda olub. Hazırda bu komandanın 1 xalı var.
Xatırladaq ki, II turun əvvəlki oyunlarında “Şəfa” səfərdə “Qəbələ”ni 1:0, “Zirə” evdə “İmişli”ni 3:1 hesabı ilə məğlub edib, “Turan Tovuz” evdə “Şamaxı” ilə heç-heçəyə razılaşıb. “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” oyunları isə təxirə salınıb.
—————————-
Misli Premyer Liqasında II turun növbəti oyunu keçirilib.
Sportify.az xəbər verir ki, “Turan Tovuz” “Şamaxı”nı qəbul edib.
Tovuz şəhər stadionunda təşkil olunmuş görüş qolsuz yekunlaşıb – 0:0.
Bununla da “Turan Tovuz” mövsümdə ilk dəfə xal itirib, “Şamaxı” isə ilk xalını qazanıb.
—————————–
Bu gün Misli Premyer Liqasında II turun daha 2 oyunu keçiriləcək.
Sportify.az xəbər verir ki, ilk qarşılaşma “Turan Tovuz” və “Şamaxı” arasında gerçəkləşəcək.
Tovuz şəhər stadionunda saat 18:30-da təşkil olunacaq matçı baş hakim Rauf Cabarov idarə edəcək.
İlk turda “Turan Tovuz” evdə “Qəbələ” üzərində 1:0 hesablı qələbə qazandığı halda, “Şamaxı” “Qarabağ”a səfərdə məğlub olub – 1:3.
İki komanda arasında əvvəlki 11 oyunun 5-də “Turan Tovuz”, 2-də “Şamaxı” qalib gəlib, 4-də isə heç-heçə qeydə alınıb. Topların nisbətində isə Tovuz komandasının kiçik üstünlüyü var – 15:13.
“Turan Tovuz” son 4 ev oyununda uduzmayıb. “Şamaxı” bütün səfər matçlarında həm qol vurub, həm də qol buraxıb.
Günün digər oyununda “Neftçi” və “Araz-Naxçıvan” komandaları üz-üzə gələcək. “Palms Sports Arena”da saat 20:45-də başlanacaq görüşü baş hakim Rəşad Əhmədov idarə edəcək.
İlk turda “Neftçi” səfərdə “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub etdiyi halda, “Araz-Naxçıvan” evdə “İmişli” ilə bacarmayıb – 0:0.
Tərəflər indiyədək 15 dəfə üz-üzə gəliblər. “Neftçi” 6, “Araz-Naxçıvan” 4 qələbə qazanıb, 5 oyun heç-heçə ilə yekunlaşıb. Topların nisbətində isə paytaxt təmsilçisinin böyük üstünlüyü var – 31:11.
“Araz-Naxçıvan” 4 matçdır qalib gəlmir. “Neftçi” son iki qarşılaşmada xal itirməyib.
Misli Premyer Liqası, II tur
23 avqust (bazar)
18:30. “Turan Tovuz” – “Şamaxı” – 0:0
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Nicat İsmayıllı
VAR: Vüqar Həsənli
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz şəhər stadionu
20:45. “Neftçi” – “Araz-Naxçıvan” – 5:0
Qollar: Breno Almeyda, 14; 17. Falaye Sako, 35. İqor Ribeyro, 41. Endryu Qravilyon, 90+1
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Palms Sports Arena”
Xatırladaq ki, II turun ilk oyun günündə “Şəfa” səfərdə “Qəbələ”ni 1:0, “Zirə” evdə “İmişli”ni 3:1 hesabı ilə məğlub edib. “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” oyunları isə təxirə salınıb.



No Comment! Be the first one.