Ağırlıqqaldıranımız Avropa çempionu oldu
Azərbaycan ağırlıqaldıranı Musab Məmmədtağıyev Priştina şəhərində keçirilən U 15 və yeniyetmələrin Avropa birinciliyində 3 qızıl medal qazanıb.
Sportify.az xəbər verir ki, 15 yaşadək atletlərin 70 kq çəki dərəcəsində yarışan atlet birdən qaldırma hərəkətində 124 kq çəkini ram edib.
Təkanla qaldırma növündə o, 145 kq ağırlığın öhdəsindən gəlib.
Beləliklə iki hərəkətin cəmində 269 kq nəticə göstərən Musab Məmmədtağıyev toplamda da Avropa birinciliyinin qızıl medalına sahib olub.
Qeyd edək ki, Musab Məmmədtağıyev ikinci yerin sahibi Ermənistan təmsilçisi Hayk Movsisyanı 17 kq qabaqlayıb.



No Comment! Be the first one.