Aziz Yıldırım “Fənərbağça” üçün yüksək mükafat ayırdı
Türkiyənin “Fənərbağça” klubunun prezidenti Aziz Yıldırım Çempionlar Liqasına vəsiqə qazanılacağı təqdirdə komandaya 2 milyon avrodan çox mükafat ayıracaq.
Sportify.az yerli mətbuata istinadən xəbər verir ki, Yıldırım və klub rəhbərliyi İstanbul təmsilçisinin 17 mövsümlük Çempionlar Liqası həsrətinə son qoyaraq turnirin liqa mərhələsinə yüksəlməsi halında futbolçulara 2 milyon avrodan çox bonus ödəməyi planlaşdırır.
Bundan başqa, Aziz Yıldırım və klub rəhbərliyinin “Lion”la keçiriləcək cavab qarşılaşması üçün Fransaya gedərək komandaya tribunadan dəstək verəcəyi bildirilir.
Qeyd edək ki, “Fənərbağça” Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında “Lion”la evdə heç-heçə edib – 1:1. Cavab oyunu avqustun 26-da keçiriləcək.



No Comment! Be the first one.