Avropa çempionatı: Millimiz 15 medal qazandı
Azərbaycan ağırlıqqaldıranı Fəxrəddin Allahverdiyev Kosovonun paytaxtı Priştinada keçirilən U15 və yeniyetmələrin Avropa birinciliyində 3 gümüş medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, 85 kq çəki dərəcəsində mübarizə aparan Allahverdiyev birdən qaldırma hərəkətində 122 kq, təkanla qaldırmada isə 150 kq çəkini ram edərək hər iki növdə gümüş medala yiyələnib.
Toplamda 272 kq nəticə göstərən azərbaycanlı idmançı iki hərəkətin cəmində də Avropa birinciliyinin gümüş mükafatını əldə edib.
Beləliklə ağırlıqqaldırma üzrə Azərbaycan millisi Avropa birinciliyini 3 qızıl, 5 gümüş və 7 bürünc, ümumilikdə 15 medalla başa vurub.





No Comment! Be the first one.