Stolüstü tennisçilərimiz Şəkidə hazırlığa başladı
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Şəkidə təlim-məşq toplanışına başlayıblar.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, Şəki Olimpiya İdman Kompleksində keçirilən toplanışa müxtəlif bölgələrdən 16 istedadlı idmançı qatılıb.
Onlar məşqçilər Qulu Quliyev, Rza Mirzəyev, Billurə Eminova və Gülnarə İbrahimovanın rəhbərliyi ilə fiziki, texniki və taktiki bacarıqlarını artırmağa çalışacaqlar.
Hazırlıq prosesinə sentyabrın 1-də yekun vurulacaq.



No Comment! Be the first one.