“Barselona”dan növbəti qələbə
“Barselona” komandası İspaniya La Liqasının 2026/2027 mövsümündə ikinci qələbəsini qazanıb.
Sportify.az xəbər verir ki, Kataloniya təmsilçisi təxirə salınmış I tur matçında doğma meydanda “Atletik Bilbao”nu 2:0 hesabı ilə məğlub edib.
“Spotify Kamp Nou” stadionunda keçirilən qarşılaşmada hesabı 37-ci dəqiqədə Rafinya açıb. 82-ci dəqiqədə Fermin Lopes fərqi iki topa çatdırıb.
Qeyd edək ki, “Barselona” II turda “Elçe”ni 5:0 hesabı ilə məğlub edib. Kataloniya klubu 6 xalla turnir cədvəlinə başçılıq edir. “Atletik” isə ilk iki turda xal qazana bilməyib və sonuncu – 20-ci pillədə qərarlaşıb.
Daha əvvəl “Barselona”nın UEFA Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan təmsilçisi “Sabah”a rəqib olduğu müəyyənləşib. İki komanda arasında görüş Bakıda keçiriləcək.



No Comment! Be the first one.