"Qəbələ" Tsxadadzeni qovdu - RƏSMİ
“Qəbələ” klubu baş məşqçi Kaxaber Tsxadadze ilə yollarını ayırıb.
Sportify.az “qırmızı-qaralar”ın rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
O, köməkçisi Georgi Çixradze ilə birlikdə komandanı tərk edib.
Mövsümün ilk 3 turunda “Qəbələ” 1 heç-heçə, 2 məğlubiyyət alıb. Komandanın 1 xalı olsa da, 1 qolu belə yoxdur.
Qeyd edək ki, bu, Misli Premyer Liqasında mövsümün ilk baş məşqçi istefasıdır.



No Comment! Be the first one.