I Liqa təmsilçisi “Karvan-Yevlax” növbəti futbolçu transferini gerçəkləşdirib.
Sportify.az xəbər verir ki, bölgə klubu İlkin Muradovu heyətinə qatıb.
30 yaşlı hücumameylli yarımmüdafiəçi ilə bir illik müqavilə bağlanılıb.
Xatırladaq ki, İlkin Muradov ötən mövsümün ilk yarısında Qırğızıstanın “Abdış-Ata”, qış fasiləsindən sonra isə “Baku Sportinq”də çıxış edib. Onun əvvəlki klubları isə “Zirə”, “Şamaxı” və Səbail” olub.
Muradov Azərbaycanın U-21 yığmasında da 5 dəfə forma geyinib.



No Comment! Be the first one.