İsrail klubunun baş məşqçisi: Rüfəti çox yüksək qiymətləndirirəm - EKSKLÜZİV - VİDEO
“Mən Rüfəti çox yüksək qiymətləndirirəm”.
Bu sözləri Sportify.az-a eksklüziv açıqlamasında İsrailin “Kiryat Şimona” komandasının baş məşqçisi Şai Barda deyib.
O, İsrail çempionatının II turunda “İroni Tiberiyas”la görüşdə rəqib qapısına gözəl qol vuran 25 yaşlı vinger haqqında xoş sözlər səsləndirib: Abdullazadə əla oyunçudur. Onun qoluna sevinirəm. Rüfətin həlledici ola biləcək bir çox keyfiyyəti var”.

58 yaşlı mütəxəxssis mövsümün yeni başladığını qeyd edərək, Azərbaycan millisinin üzvü haqqında daha geniş danışmağın tez olduğunu bildirib.
Qeyd edək ki, “İroni Tiberiyas”la görüşdə start heyətdə meydana çıxan Rüfət Abdullazadə 72-ci dəqiqədə cərimə zərbəsindən fərqlənərək yekun nəticəni müəyyənləşdirib – 2:0.
Bu yay İsrail klubuna keçən Abdullazadənin aktivində 2 qol var. O, digər qolunu İsrail Kubokunda vurub.



No Comment! Be the first one.