UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo Kiyev” ilə keçirilən cavab qarşılaşmasında zədələnən “Qarabağ”ın futbolçuau Elvin Cəfərquliyev əməliyyat olunub.
Klubdan Sportify.az-a verilən məlumata görə, avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələsinin (m. semitendinosus) distal vətərində müəyyən edilən zədələnmə ilə əlaqədar cərrahi əməliyyatı uğurla başa çatıb.
Elvin Cəfərquliyevin müalicə və bərpa prosesi Ağdam klubunun tibbi heyətinin nəzarəti altında davam etdiriləcək.



No Comment! Be the first one.