"Barselona" futbolçularını nömrələdi - SİYAHI
İspaniyanın “Barselona” komandasının 2026/2027 mövsümündə əsas komanda futbolçularının forma nömrələri müəyyənləşib.
Sportify.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, heyətdə əvvəlki mövsümlə müqayisədə bir sıra dəyişikliklər baş verib.
Qapıçılardan Joan Qarsia 1, Voytsex Şensnı 13, Dominik Livakoviç isə 25 nömrəli formanı geyinəcək.
Müdafiədə Joau Kanselu 2, Brayan Farinyas 4, Xavi Espart 12 nömrəni götürüb. Alexandro Balde 3, Pau Kubarsi 5, Andreas Kristensen 15, Jerar Martin 18, Jül Kunde 23, Erik Qarsia isə 24 nömrə ilə çıxış edəcək.
Yarımmüdafiədə Ferminin 7, Rodriqonun 16 nömrəni seçməsi diqqət çəkib. Qavi 6, Pedri 8, Dani Olmo 20, Frenki de Yonq 21, Mark Bernal isə 22 nömrəli formanı geyinəcək.
Hücum xəttində isə yeni transferlərdən Qabriel Jesus 9, Karim Adeyemi 14, Entoni Qordon 17 nömrə ilə çıxış edəcək. Lamin Yamal 10, Rafinya 11, Runi Bardaqji isə 19 nömrəsini qoruyub.
Əsas komandaya cəlb olunan Bisivu 27, Hamza Abdelkarim isə 29 nömrəli formanı geyinəcək.

“Barselona”nın 2026/2027 mövsümündə forma nömrələri:
1. Joan Qarsiya
2. Joau Kanselu
3. Alexandro Balde
4. Brayan Farinyas
5. Pau Kubarsi
6. Qavi
7. Fermin Lopes
8. Pedri
9. Qabriel Jezus
10. Lamin Yamal
11. Rafinya
12. Xavi Espart
13. Şensnı
14. Adeyemi
15. Kristensen
16. Rodriqo
17. Enthoni Gordon
18. Jerar Martin
19. Runi Bardaqji
20. Dani Olmo
21. Frenki de Yonq
22. Mark Bernal
23. Jül Kunde
24. Erik Qarsia
25. Dominik Livakoviç
26. Cesse Bisivu
27. Hamza Abdelkarim
Qeyd edək ki, “Barselona” UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur matçında “Sabah”ın qonağı olacaq. Oyun noyabrın 25-də keçiriləcək.



No Comment! Be the first one.