“Kəpəz” – “Şamaxı” oyununda anşlaq gözlənilir
Sentyabrın 4-də “Kəpəz” və “Şamaxı” komandaları arasında keçiriləcək Misli Premyer Liqasının IV tur matçına böyük azarkeş marağı var.
Gəncə klubunun mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, gəncəli futbol həvəskarları satış başlanan kimi həm iticket.az saytı vasitəsilə, həm də Gəncə Şəhər Stadionunun kassalarında aktiv şəkildə bilet əldə edirlər.
Nəticədə geridə qalan 1 gün ərzində 4 000 bilet satılıb. Satış bu templə davam edərsə, qarşıdakı oyunda anşlaq olacağı gözlənilir.
Xatırladaq ki, “sarı-göylər”in avqustun 30-da “Turan Tovuz”la ev oyununu rekord sayda – 13500 azarkeş işləyib. Gəncə Şəhər Stadionunun tutumu 15343 nəfərdir.




No Comment! Be the first one.