Bu ölkələr Bakıya gəlir
Azərbaycanda ilk dəfə çimərlik polosu üzrə beynəlxalq turnir təşkil olunacaq.
Sportify.az xəbər verir ki, “Sea Breeze” istirahət mərkəzində keçiriləcək yarışda Böyük Britaniya, İsveçrə, Rusiya və Azərbaycanı təmsil edən idmançılar mübarizə aparacaqlar.
Azərbaycan turnirdə “Elite Polo Club” komandası ilə təmsil olunacaq. Hazırda komanda beynəlxalq yarışa ciddi hazırlıq keçir.
Medianın turnirə hazırlıq prosesinə marağını nəzərə alaraq, Azərbaycan Respublikası Atçılıq Federasiyası sentyabrın 4-də saat 11:00-da Binə Atçılıq və İstirahət Mərkəzində “Elite Polo Club”ın açıq məşqini təşkil edəcək.



No Comment! Be the first one.