Neymarın komandası kubokla vidalaşdı
“Palmeyras” Braziliya Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Santos”la heç-heçə edib.
Sportify.az xəbər verir ki, San-Paulu şəhərindəki “Vila Belmiro” stadionunda keçirilən qarşılaşmada qalib müəyyənləşməyib – 0:0.
Braziliya millisinin hücumçusu Neymar “Santos”un start heyətində meydana çıxıb və fasilədə əvəzlənib.
Komandalar arasında ilk görüşdə “Palmeyras” 3:0 hesabı ilə qalib gəlib. Beləliklə, iki oyunun nəticəsinə görə 3:0 hesablı üstünlük əldə edən “Palmeyras” yarımfinala yüksəlib.
“Palmeyras” yarımfinalda “Vasko da Qama” ilə qarşılaşacaq.



No Comment! Be the first one.