Kadi Borgesə 3 oyunluq cəza
“Qarabağ” klubunun futbolçusu Kadi Borges 1-i şərti olmaqla 3 oyunluq cəzalandırılıb.
Sportify.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Bildirilib ki, braziliyalı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının III turunda keçirilən “Sumqayıt” – “Qarabağ” oyununda 31-ci dəqiqədə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. Buna görə futbolçu 1-i şərti olmaqla 3 oyunluq cəzalandırılıb və 6 aylıq sınaq müddəti müəyyənləşdirilib. “Qarabağ” klubu isə 3 min manat məbləğində cərimə olunub.
Həmin qarşılaşmada azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə “Sumqayıt” klubuna 5 min manat cərimə tətbiq edilib.
III turun “Zirə” – “Neftçi” matçının 70-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Neftçi”nin futbolçusu Elvin Bədəlov 1 oyunluq cəzalandırılıb. Paytaxt təmsilçisi 500 manat cərimə ödəyəcək.
Bundan əlavə, həmin oyunun 80-ci dəqiqəsində azarkeşlərin meydana kənar əşya atması səbəbindən “Neftçi” klubu daha 2 min manat məbləğində cərimələnib.



No Comment! Be the first one.