Azərbaycanlı futbolçu “Qalatasaray”da
Azərbaycanlı futbolçu Can Hacıyev Türkiyənin “Qalatasaray” klubu ilə müqavilə imzalayıb.
Sportify.az xəbər verir ki, 17 yaşlı futbolçu növbəti iki mövsümü İstanbul klubunun U-19 komandasında oynayacaq.
1,87 metr boyu olan gənc oyunçu sağ cinah müdafiəçisi və ya mərkəz müdafiəçisi kimi oynaya bilir. Türkiyə və Qazaxıstan futbol federasiyaları onu yığma komandaya cəlb etmək istəyib.
Qeyd edək ki, Hacıyev ötən mövsümü İsveçrənin “Sion” klubunun gənclər komandasında keçirib.



No Comment! Be the first one.