"Anji"nin avtobusu ilə indi pendir daşınır - FOTO
Bir vaxtlar dünya futbolunun ulduzlarını daşıyan Rusiyanın “Anji” klubunun avtobusu indi pendir, meyvə və digər ərzaq məhsullarının daşınmasında istifadə olunur.
Sportify.az-ın “Mash” teleqram kanalına istinadən məlumatına görə, “Anji” 2011 – 2013-cü illərdə Rusiyanın ən zəngin və iddialı komandalarından biri olub.
Həmin dövrdə klubun heyətində Roberto Karlos, Samuel Eto’O, Villiаn, Lassana Diarra və Kristofer Samba kimi məşhur futbolçular çıxış edib.
Maliyyə problemləri səbəbindən 2019-cu ildə klubun ulduz futbolçularını oyunlara aparan avtobusa həbs qoyulub.

İndi isə həmin avtobus tamam başqa məqsədlə istifadə olunur. Məlumata görə, nəqliyyat vasitəsi şəhərlər arasında pendir, meyvə və digər ərzaq məhsullarının daşınmasına cəlb edilib.
Moskva istiqamətində rəsmi sərnişin biletinin qiyməti isə 9-9,5 min Rusiya rublu (178 – 188 manat) təşkil edir.



No Comment! Be the first one.