Azərbaycan paraüzgüçüsü Raman Salei Türkiyənin Kocaeli şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
Sportify.az xəbər verir ki, S12 kateqoriyasında mübarizə aparan idmançı 100 metr məsafəyə arxasıüstə üzmə yarışında 1 dəqiqə 3,38 saniyə nəticə göstərərək final mərhələsinə yüksəlib.
Qeyd edək ki, Azərbaycanı qitə çempionatında yeniyetmə paraüzgüçü Əli Vəliyev də təmsil edir.



No Comment! Be the first one.