Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına start verilib.
Sportify.az xəbər verir ki, yarış Federasiyanın Şıxov çimərliyi ərazisində yerləşən Yelkən Mərkəzində keçirilir.
Çempionatın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra iştirakçılara yarışın reqlamenti, mübarizə qaydaları və çempionatda iştirak edən idmançılar barədə məlumat verilib.
Rəsmi hissədən sonra yarışlara start verilib.
Açıq Azərbaycan çempionatında yerli idmançılarla yanaşı, Türkiyədən 10 nəfərlik heyət də iştirak edir. İdmançılar Optimist və ILCA4 sinifləri üzrə mübarizə aparırlar.
Yarış sentyabrın 14-dək davam edəcək. Qaliblərin mükafatlandırılması mərasimi sentyabrın 14-də saat 18:00-dan etibarən keçiriləcək.
Çempionatın qalibləri diplom və medallarla təltif olunacaqlar. Həmçinin bütün iştirakçılara Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən sertifikatlar təqdim ediləcək.


No Comment! Be the first one.