Çempionlar Liqası: Daha altı oyun keçiriləcək
UEFA Çempionlar Liqasının Liqa mərhələsində bu gün 6 qarşılaşma keçiriləcək.
Sportify.az xəbər verir ki, xəbər verir ki, sentyabrın 9-da keçiriləcək oyunlar arasında “Barselona” – “Feyenoord”, “Liverpul” – “Atletiko”, PSJ – “Slovan”, “Sportinq” – “Qalatasaray” və “Napoli” – “Arsenal” görüşləri diqqət çəkir.
Günün ilk iki oyunu Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Bu zaman “Barselona” “Feyenoord”u, “Ştutqart” isə “Vikinq”i qəbul edəcək.
Saat 23:00-da isə “Liverpul” – “Atletiko”, PSJ – “Slovan”, “Sportinq” – “Qalatasaray” və “Napoli” – “Arsenal” qarşılaşmaları start götürəcək.
Qeyd edək ki, Azərbaycan təmsilçisi “Sabah” Liqa mərhələsində növbəti oyununu sentyabrın 10-da səfərdə “Mançester Yunayted”ə qarşı keçirəcək.
Liqa mərhələsində 36 komanda mübarizə aparır. Yekunda ilk 8 pilləni tutan komandalar birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanacaqlar. 9-24-cü yerləri tutan kollektivlər pley-off mərhələsində iştirak edəcəklər. 25-36-cı yerləri tutan komandalar isə avrokuboklarda mübarizəni dayandıracaqlar.



No Comment! Be the first one.