"Fənərbağça" və "Şaxtyor"dan heç-heçə, "Komo" və "Bavariya"dan darmadağın - YENİLƏNDİ
UEFA Çempionlar Liqasının 2026/2027-ci il mövsümündə liqa mərhələsinin I turuna yekun vurulub.
Sportify.az xəbər verir ki, turun sonuncu oyun günündə altı qarşılaşma keçirilib.
Azərbaycan çempionu “Sabah”ın rəqiblərindən “Slaviya Praqa” Çexiyada Fransa “Lans”ına uduzub – 2:3. Meydan sahiblərinin hər iki qolunu Daniel Şturm 51-ci və 88-ci dəqiqələrdə vurub. Komandanın daha bir futbolçusu Mikulaş Koneçnı isə 49-cu dəqiqədə qırmızı vərəqə alıb. O, oktyabrın 13-də Bakı Olimpiya Stadionundakı II tur matçında “Sabah”a qarşı oynamayacaq.
Say üstünlüyündən yararlanan “Lans” isə istəyinə oyunun sonlarında çatıb. Abdallah Sima 73-cü, Floryan Toven 90+1-ci, Ruben Agilar isə 90+3-cü dəqiqədə fərqlənib.
Digər oyunlara gəldikdə, Türkiyənin daha bir təmsilçisi “Fənərbağça” İstanbulda İtaliyanın “Roma” komandası ilə heç-heçə edib. Hesabı 39-cu dəqiqədə Brayan Kristante açsa da, meydan sahibləri 48-ci dəqiqədə Arçi Braunun qolu ilə tarazlığı bərpa edib – 1:1.
Eyni hesablı nəticə Niderlandda PSV ilə Ukraynanın “Şaxtyor Donetsk” kollektivləri arasındakı görüşdə qeydə alınıb. Türkiyəli baş məşqçi Arda Turanın komandası 45+1-ci dəqiqədə Qleyker Mendosanın qolu ilə önə keçib. Lakin 48-ci dəqiqədə Sercinyo Dest hesabı bərabərləşdirib.
Qalan 3 görüşdə isə darmadağın qeydə alınıb. Azərbaycan təmsilçisi “Sabah” İngiltərədə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzub.
“Bavariya” Almaniyada Norveç “Budö Qlimt”inin qapısından 5 cavabsız top keçirib. Qolların hamısı fasilədən sonra vurulub. Camal Musiala 47-ci, Harri Keyn 61-ci, Alfonso Deyvis 77-ci, Maykl Olise 83-cü və 90+2-ci dəqiqədə fərqlənib. Qonaq komandadan Odin Byortuft 87-ci dəqiqədə qırmızı vərəqə alıb.
Çempionlar Liqasının debütantı “Komo” isə İtaliyada Almaniya “Leyptsiq”ini məyus edib – 4:1. Meydan sahiblərindən Martin Baturina 15-ci, Anastasios Duvikas 38-ci, Assane Diao 54-cü, Maksimo Perrone 90-cı dəqiqədə fərqlənib. Qonaq komandanın təsəlli qolunu isə Andriya Maksimoviç 58-ci dəqiqədə vurub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
20:45. “Fənərbağça” (Türkiyə) – “Roma” (İtaliya) – 1:1
Qollar: Arçi Braun, 48 – Brayan Kristante, 39
20:45. PSV (Niderland) – “Şaxtyor Donetsk” (Ukrayna) – 1:1
Qollar: Sercinyo Dest, 48 – Qleyker Mendosa, 45+1
23:00. “Bavariya” (Almaniya) – “Budö Qlimt” (Norveç) – 5:0
Qollar: Camal Musiala, 47. Harri Keyn, 61. Alfonso Deyvis, 77. Maykl Olise, 83; 90+2
Qırmızı vərəqə: Odin Byortuft, 87 (“Budö Qlimt”)
23:00. “Komo” (İtaliya) – “Leyptsiq” (Almaniya) – 4:1
Qollar: Martin Baturina, 15. Anastasios Duvikas, 38. Assane Diao, 54. Maksimo Perrone, 90 – Andriya Maksimoviç, 58
23:00. “Mançester Yunayted” (İngiltərə) – “Sabah” (Azərbaycan) – 4:0
Qollar: Mateus Kunya, 27, Brunu Fernandeş, 42. Benyamin Şeşko, 45. Lisandro Martines, 68
23:00. “Slaviya Praqa” (Çexiya) – “Lans” (Fransa) – 2:3
Qollar: Daniel Şturm, 51; 88 – Abdallah Sima, 73. Floryan Toven, 90+1. Ruben Agilar, 90+3
Qırmızı vərəqə: Mikulaş Koneçnı, 49 (“Slaviya”)
Qeyd edək ki, II turun oyunları 13-14 oktyabrda keçiriləcək.



No Comment! Be the first one.