Meksikalı məşqçi “Gəncə”də
“Gəncə” basketbol komandasının məşqçilər korpusuna daha bir mütəxəssis daxil olub.
Sportify.az xəbər verir ki, meksikalı İvan Luna kollektivə cəlb edilib.
Luna basketbolçuların fiziki və kondisiya hazırlığına nəzarət edəcək.
Onunla yeni mövsümün sonuna kimi müqavilə imzalanıb.
İvan Luna vətəni ilə yanaşı, Litvada da çalışıb.



No Comment! Be the first one.