Almaniyanı uddular, baş məşqçi ilə müqavilə uzadıldı
Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro ilə müqavilə uzadılıb.
Sportify.az-ın məlumatına görə, bu barədə Paraqvay Futbol Assosiasiyasının prezidenti Robert Harrison açıqlama verib.
O, 64 yaşlı mütəxəssislə 2030-cu ilədək anlaşdıqlarını bildirib.
Alfaro Paraqvay millisinə 2024-cü ilin yayında baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda 24 oyundan 11-də qələbə qazanıb, 7 heç-heçə edib və 6 məğlubiyyətlə üzləşib.
Argentinalı mütəxəssis bundan əvvəl Kosta Rika və Ekvador milli komandalarına, həmçinin “Boka Xuniors” və digər Argentina klublarına rəhbərlik edib.
Paraqvay millisi Alfaronun rəhbərliyi altında 2026-cı il dünya çempionatında 1/8 finala qədər irəliləyib. Cənubi Amerika təmsilçisi 1/16 finalda Almaniyanı əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyunda penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Paraqvay 1/8 finalda isə Fransaya 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.



No Comment! Be the first one.