"Sabah" "Şəfa"nı darmadağın etdi – YENİLƏNDİ
Misli Premyer Liqasında V turun son oyunu keçirilib.
Sportify.az xəbər verir ki, “SOCAR Polymer Arena”da mövsümün debütantı “Şəfa” çempion “Sabah”ı qəbul edib.
Baş hakim Nicat İsmayıllının idarə etdiyi görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0.
İlk yarıda Patrik Mbina 25-ci, Abdulax Xaybulayev 29-cu, fasilədən sonra isə Velko Simiç 69-cu dəqiqədə fərqlənib.
Bununla da “Sabah” 4-cü oyununda 4-cü qələbəsini, “Şəfa” isə 5-ci matçında 4-cü məğlubiyyətini alıb. Hazırda ehtiyatda 1 oyunu olan “Sabah” 12 xalla və 11 cavabsız qolla 1-ci, “Şəfa” isə 3 xalla 10-cu yerdə gedir.
14 sentyabr (bazar ertəsi)
19:00. “Şəfa” – “Sabah” – 0:3
Qollar: Patrik Mbina, 25. Abdulax Xaybulayev, 29. Velko Simiç, 69
Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhrab Abbasov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev
AVAR: Gülnurə Əkbərzadə
“SOCAR Polymer Arena”
11 sentyabr (cümə)
“İmişli” – “Neftçi” – 2:3
12 sentyabr (şənbə)
“Sumqayıt” – “Şamaxı” – 1:1
“Kəpəz” – “Qəbələ” – 1:0
13 sentyabr (bazar)
“Zirə” – “Qarabağ” – 1:1
“Araz-Naxçıvan” – “Turan Tovuz” – 2:2



No Comment! Be the first one.