Koxalski yeni klubundakı debüt matçında iki qol buraxdı - VİDEO
“Qarabağ”ın sabiq qapıçısı Mateuş Koxalski Polşa Ekstrakalasasında “Vyeçista “Krakov” komandasının heyətində debüt matçına çıxıb.
Sportify.az xəbər verir ki, Krakov təmsilçisi VII turda “Poqon”un qonağı olub.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.
Start heyətində yer alan Koxalski Darko Çurlinovun 59-cu, Xordi Sançesin 90+3-cü dəqiqədə fərqlənməsinə əngəl ola bilməyib.
Bununla yanaşı, polşalı qapıçı 33-cü dəqiqədə ardıcıl iki qurtarış etməsi ilə diqqət çəkib.
Bununla da xalını 12-yə çatdıran “Poqon” 5-ci pilləyə yüksəlib. “Vyeçista Krakov” isə 4 xalla 17-ci pillədə qərarlaşıb. Sonuncu – 18-ci mövqedə isə Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Rakuv” qərarlaşıb.
Qeyd edək ki, Mateuş Koxalski 2024 – 2026-cı illərdə “Qarabağ”ın formasını geyinib. O, “Vyeçista Krakov”la sentyabrın 8-də 3 illik müqavilə bağlayıb.



No Comment! Be the first one.