Azərbaycan komandası Maltada birinci oldu
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin atletləri Maltada keçirilən “Avropa Açıq” üzgüçülük yarışında uğurlu nəticələrə imza atıblar.
Komitədən Sportify.az-a verilən məlumata görə, Azərbaycan təmsilçiləri 4×50 metr məsafəyə sərbəst üsulla komanda estafetində 3 dəqiqə 14,55 saniyə nəticə göstərərək qızıl medal qazanıblar.
Fərdi yarışlarda da atletlərimiz mükafatçılar sırasında yer alıblar. Mirqayıb Rəsulov 50 metr məsafəyə batterflay və sərbəst üsulla üzmədə gümüş medal əldə edib.
Georgi Qəniyev 50 metr arxasıüstə üzmədə ikinci, sərbəst üsulda isə üçüncü olub. Ağasəlim Abdullayev 25 metr brass üsulunda gümüş medal qazanıb, 50 metr məsafədə isə dördüncü yeri tutub.
Məhəmməd Əli isə 50 metr arxasıüstə üzmədə üçüncü, sərbəst üsulda altıncı olub.



No Comment! Be the first one.