Milimizin oyunu moldovalıya tapşırıldı
Azərbaycan milli komandasının Tacikistanla keçirəcəyi yoldaşlıq oyununa hakim təyinatları açıqlanıb.
Sportify.az xəbər verir ki, qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Roman Jitari olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol kömək edəcəklər. VAR hakimi funksiyasını isə Kamran Bayramov yerinə yetirəcək.
Qeyd edək ki, Roman Jitari bu mövsüm UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda keçirilən “Qarabağ” – “Vestri” (İslandiya) ilk oyununu da idarə edib. Həmin görüş Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan – Tacikistan qarşılaşması sentyabrın 23-də “Palms Sports Arena”da keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.



No Comment! Be the first one.