“Fənərbağça” bu futbolçularla yollarını ayırır
Türkiyənin “Fənərbağça” klubunda qış transfer dönəmi üçün heyət planlaması başlayıb.
Sportify.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. İstanbul təmsilçisi Ceyden Oosterwolde, Nelson Semedo və Mimoviçlə yolları ayırmağı planlaşdırır.
Klub bu futbolçuların ayrılığı ilə həm heyətdə, həm də legioner limitində boşluq yaratmağı hədəfləyir.
Oosterwolde üçün əsas namizədin İtaliyanın “Roma” klubu olduğu bildirilir. 25 yaşlı müdafiəçinin dekabrda yaşıl meydanlara qayıtması gözlənilir.
Semedonun da qış transfer pəncərəsində komandadan göndərilməsi nəzərdə tutulur. Portuqaliyalı müdafiəçinin ayrılığı “Fənərbaxça”nın legioner limitində yer açacaq.
Mimoviçlə bağlı isə fərqli planın olduğu qeyd edilir. Gənc futbolçunun komandadan ayrılması U-23 limitində boşluq yaradacaq.



No Comment! Be the first one.