Ronald Kumana ağır itki
Niderland milli komandasının sabiq baş məşqçisi Ronald Kumanın həyat yoldaşı Bartina Kuman vəfat edib.
Sportify.az xəbər verir ki, 65 yaşlı Bartina Kuman sentyabrın 15-də uzun müddət mübarizə apardığı onkoloji xəstəlikdən sonra dünyasını dəyişib.
Ronald Kuman sosial şəbəkə hesabında həyat yoldaşının vəfatı ilə bağlı paylaşım edib. O, 41 il evli olduğu Bartina ilə birlikdə çəkilmiş ağ-qara fotosunu yayımlayaraq dərin kədərini ifadə edib.
“Dərin kədər, eyni zamanda böyük qürur və sevgi ilə gözəl həyat yoldaşımız, əziz anamız və nənəmizlə vidalaşırıq”, – deyə Kuman yazıb.
Qeyd edək ki, Bartina Kuman uzun müddət süd vəzi xərçəngi ilə mübarizə aparıb.



No Comment! Be the first one.