Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün 2-ci turun oyunları keçirilib.
Sportify.az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi bu turda Filippin yığması ilə üz-üzə gəlib.
Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, , Məhəmməd Muradlı rəqiblərini üstələyiblər.
Aydın Süleymanlı və Eltac Səfərli heç-heçə ediblər.
Qadınlardan ibarət Azərbaycan yığması isə Danimarka ilə üz-üzə gəlib.
Onlar rəqib üzərində 4:0 hesablı qələbə qazanıblar. Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədovadan ibarət komandanın heyətində Fətəliyeva, Məmmədzadə, Məmmədova və Balacayeva rəqiblərinə qalib gəliblər.
Qeyd edək ki, ilk turda kişi şahmatçılar Mərakeş, qadınlardan ibarət yığmamız isə Qvatemala seçməsi üzərində 4:0 hesablı qələbə qazanıb.
İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan turnir sentyabrın 27-də başa çatacaq. Olimpiadada 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.


No Comment! Be the first one.