Abdulla Rzayev yenidən “Araz-Naxçıvan”da
Abdulla Rzayev icarə əsasında “Araz-Naxçıvan”ın formasını geyinəcək.
Sportify.az xəbər verir ki, 24 yaşlı müdafiəçi müqavilə ilə “Sabah”a məxsusdur. Tərəflər arasında 1 illik anlaşma əldə olunub.
Rzayev 2023/2024 mövsümündə də Naxçıvan təmsilçisinin heyətində çıxış edib. O, son mövsümü “Şamaxı”da keçirib.
Qeyd eDək ki, “Araz-Naxçıvan” bundan əvvəl Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mamadu Kane, Ağadadaş Salyanski, Boyan İliç, Mustafa Əhmədzadə və Luka Dumançiçlə müqavilə imzalayıb.



No Comment! Be the first one.