“Araz-Naxçıvan” Maksimovla müqavilə müddətini açıqladı - RƏSMİ
“Araz-Naxçıvan” baş məşqçi postuna Yuri Maksimovu təyin edib.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssislə anlaşma 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Məşqçilər korpusuna digər təyinatlarla bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, Yuri Maksimov müxtəlif illərdə Rusiyanın “Mordoviya”, Qazaxıstanın “Taraz”, eləcə də Ukraynanın “Vorskla”, “Dnepr-1”, “Polesye”, “Metallurq”, “Krivbass”, “Obolon”, “MOİK Kiyev” komandalarında baş məşqçi vəzifəsində çalışıb. 58 yaşlı mütəxəssis 2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər “Keşlə” (indiki “Şamaxı”) klubunun baş məşqçisi olub, Azərbaycan Kubokunu qazanıb.



No Comment! Be the first one.