"Araz-Naxçıvan"ın Maksimovla ilk məşqinə 4 futbolçu çıxmadı - FOTOLAR
Misli Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar 3 gün istirahət edən “Araz-Naxçıvan”ın futbolçuları məşqləri bərpa ediblər.
Klubun mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, məşqdən əvvəl yeni baş məşqçi Yuri Maksimov klub rəhbərliyi tərəfindən heyət üzvlərinə təqdim edilib.
Daha sonra 2 saatadək hazırlıq prosesi baş tutub.
Milli komandalara yollanan 4 futbolçu – Mustafa Əhmədzadə, Ceyhun Nuriyev, Ağadadaş Salyanski və Abdallah Sudi istisna olmaqla digər futbolçular tam heyətlə məşq prosesində iştirak ediblər.

















No Comment! Be the first one.