Litva - Azərbaycan matçının hakimləri bəlli oldu
UEFA Millətlər Liqasında Litva və Azərbaycan yığmaları arasında keçiriləcək oyunun bütün təyinatları açıqlanıb.
Sportify.az xəbər verir ki, qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Menelaos Andoniuya Pavlos Gergiu və İraklis Komodromos yan xətt hakimləri, Konstandinos Fellas dördüncü hakim kimi yardımçı olacaq. Marios Xristoforu VAR hakimi, Dimitris Solomu VAR hakiminin köməkçisi funskiyasını yerinə yetirəcək.
Serbiyalı Nenad Cokiç hakim-inspektor, rumıniyalı Oktavian Qoqa UEFA nümayəndəsi kimi çalışacaq.
Qeyd edək ki, sentyabrın 27-də Litvanın Kaunas şəhərindəki “Dariaus ir Gireno” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.



No Comment! Be the first one.