“Arsenal” və “Liverpul”un sabiq məşqçisi I Liqada
Türkiyə I Liqasında mübarizə aparan “Pendikspor” klubu texniki heyətinə taç atışları üzrə mütəxəssis Tomas Qronnemarkı cəlb edib.
Sportify.az xəbər verir ki, danimarkalı mütəxəssis daha əvvəl İngiltərənin “Liverpul” klubunda, həmçinin ötən mövsüm “Arsenal”ın məşqçilər korpusunda fəaliyyət göstərib.
Qronnemark taç atışlarının texnikasının təkmilləşdirilməsi, oyun zamanı düzgün mövqe seçimi və topun oyuna daha effektiv daxil edilməsi istiqamətində futbolçularla çalışır.



No Comment! Be the first one.