Asim Xudiyevə növbəti təyinat
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Sportnet.az xəbər verir ki, Xudiyev UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Eqnatia” (Albaniya) – “Şemrok Rovers” (İrlandiya) oyununun hakim-inspektoru olacaq.
Avqustun 13-də keçiriləcək qarşılaşma Rroqojine şəhərində yerləşən “Eqnatia” stadionunda baş tutacaq.



No Comment! Be the first one.