Avropa çempionatı: Portuqaliya millisindən növbəti məğlubiyyət
Bakıdakı Mİlli Gimnastika Arenasında təşkil olunan qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda daha bir oyun keçirilib.
Sportify.az xəbər verir ki, günün ilk matçında Belçika və Portuqaliya milliləri üz-üzə gəlib.
Belçika millisi qarşılaşmanı çətinlik çəkmədən qələbə ilə başa vurub – 3:0 (25:16, 25:22, 25:11).
Bununla da ilk turda Azərbaycan millisinə ciddi müqavimət göstərərək, 1:3 hesabı ilə uduzan Portuqaliya yığması növbəti məğlubiyyətlə üzləşib.
Belçika isə bu qələbə sayəsində xalını 5-ə çatdıraraq, C qrupunda liderliyi ələ keçirib.
Qeyd edək ki, günün daha bir qarşılaşması saat 18:30-da Azərbaycan və İspaniya milliləri arasında olacaq. Hazırda Azərbaycanın 3, İspaniyanın 1 xalı var.


No Comment! Be the first one.