“Real Madrid” yeni futbolçusunu təqdim etdi
İspaniyanın “Real Madrid” klubu yeni hücumçusu Karlos Espini ictimaiyyətə təqdim edib.
Sportify.az xəbər verir ki, təqdimat mərasimində 19 yaşlı forvard klubun fəxri prezidenti Pirrinin (Xose Martines Sançes) iştirakı ilə müqaviləyə imza atıb.
Espi “Real Madrid”lə 30 iyun 2031-ci ilədək, yəni 5 illik sözləşmə bağlayıb. Müqavilənin imzalanması klubun prezidenti Florentino Peresin də iştirak etdiyi iclas zalında baş tutub.
Yeni transferə mərasim zamanı stadionun maketi, saat və üzərində adı, eləcə də 19 nömrəsi olan forma təqdim edilib.
“Real Madrid” Espini klubdakı debütündən bir gün sonra təqdim edib. Karlos Espi La Liqanın II turunda “Espanyol”la oyunda (2:1) meydana sonradan daxil olub və komandasına qələbə qazandıran qolu vurub.



No Comment! Be the first one.