Avropa çempionatı: Millimiz qrup lideri oldu
Azərbaycanın ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatında ikinci günün oyunları keçirilib.
Sportify.az xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında ilk olaraq Belçika və İspaniya komandaları üz-üzə gəliblər. Gərginliyi ilə yadda qalan bu görüşdə Belçika yığması rəqibini 3:2 hesabı ilə məğlub edib.
Daha sonra meydana Rumıniya və Niderland komandaları çıxıblar. Maraqlı mübarizədə keçən bu qarşılaşmada da tay-breyk qeydə alınıb. Niderland yığması meydandan 3:2 hesablı qələbə ilə ayrılıb.
Beləliklə, C qrupunda keçirilən ilk oyunlardan sonra Azərbaycan millisi 3 xalla qrupda liderdir. Niderland və Belçikanın hərəyə 2, İspaniya və Rumıniyanın hərəyə 1 xalı var. Portuqaliyanın isə xalı yoxdur.
Qeyd edək ki, növbəti oyunlar avqustun 23-də keçiriləcək. Sabah 15:30-da Portuqaliya – Belçika, 18:30-da isə İspaniya – Azərbaycan qarşılamaları olacaq.
Avropa çempionatı
C qrupu
22 avqust (2-ci gün)
Belçika – İspaniya – 3:2 (25:15, 18:25, 23:25, 25:17, 15:8)
Rumıniya – Niderland – 2:3 (21:25, 28:26, 15:25, 25:22, 9:15)



No Comment! Be the first one.