Avropa Liqası: "Benfika" 1-ci, Ermənistan klubu sonuncudur
Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunun oyunları keçirilib.
Sportify.az xəbər verir ki, 4 turdan sonra turnir cədvəlinə “Benfika” (Portuqaliya) başçılıq edir. Komanda keçirdiyi bütün oyunlarda qələbə qazanaraq 12 xal toplayıb. “Benfika” top fərqinə görə (13:3) birinci pillədə qərarlaşıb. “Bornmut” və “Ferentsvaroş” da 9 xalla ilk pillələrdə yer alıblar.
Turnir cədvəlinin sonuncu pilləsində isə Ermənistanın “Ararat-Armenia” klubu qərarlaşıb. Komanda keçirdiyi 4 oyunun hamısında məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunun oyunları noyabrın 26-da keçiriləcək.



No Comment! Be the first one.