Avropa Liqası: "Benfika"dan darmadağın, "Beşiktaş"dan səfər qələbəsi
UEFA Avropa Liqasında əsas mərhələnin II turunun oyunları keçirilib.
Sportify.az xəbər verir ki, Türkiyə təmsilçisi “Beşiktaş” Almaniyada “Hoffenhaym”ın qonağı olub.
Görüş İstanbul klubunun qələbəsi ilə yekunlaşıb – 3:2.
Qolların hamısı ikinci hissədə vurulub. Hesabı 60-cı dəqiqədə “Beşiktaş”ın futbolçusu Murilyo açsa da, cəmi 8 dəqiqə sonra Kristian Asllani bərabərlik qolunu vurub. Lakin 72-ci və 79-cu dəqiqələrdə qonaq komandadan Oh Hyon Qyu fərqlənərək, dubl edib. Meydan sahiblərinin ikinci qoluna isə 87-ci dəqiqədə Kayo Hiko Matida imza atıb.
Beləliklə, “Beşiktaş” ardıcıl ikinci görüşündə də qələbə qazanıb və 6 xalla 4-cü pilləyə yüksəlib.
UEFA Avropa Liqası
Liqa mərhələsi, II tur
15 oktyabr
20:45. “Lion” (Fransa) – “Kristal Pelas” (İngiltərə) – 3:2
20:45. “Zaltsburq” (Avstriya) – “Milan” (İtaliya) – 0:4
20:45. “Yunion” (Belçika) – “Real Sosyedad” (İspaniya) – 1:1
20:45. “Lex Poznan” (Çexiya) – “Bayer Leverkuzen” (Almaniya) – 0:4
20:45. “Torrense” (Portuqaliya) – “Sanderlend” (İngiltərə) – 1:2
20:45. AZ (Niderland) – “Hapoel Beer Şeva” (İsrail) – 2:1
20:45. “Sparta Praqa” (Çexiya) – “Lillestrem” (Norveç) – 1:1
20:45. “Tsele” (Sloveniya) – “Omoniya” (Kipr) – 0:3
23:00. “Benfika” (Portuqaliya) – “Seltik” (Şotlandiya) – 4:1
23:00. “Bornmut” (İngiltərə) – “Şturm” (Avstriya) – 3:0
23:00. “Selta” (İspaniya) – “Yuventus” (İtaliya) – 1:2
23:00. “Dinamo Zaqreb” (Xorvatiya) – “Anderlext” (Belçika) – 1:0
23:00. “Ferentsvaroş” (Macarıstan) – “Viktoriya Plzen” (Çexiya) – 2:1
23:00. “Hoffenhaym” (Almaniya) – “Beşiktaş” (Türkiyə) – 2:3
23:00. “Yagelloniya” (Polşa) – “Ararat-Armenia” (Ermənistan) – 3:1
23:00. “Marsel” (Fransa) – “Olimpiakos” (Yunanıstan) – 0:1
23:00. NEK (Niderland) – “Levski” (Bolqarıstan) – 1:1
23:00. “Renn” (Fransa) – OFİ (Yunanıstan) – 2:1



No Comment! Be the first one.