“Ayın qolu”nun müəllifi mükafatlandırıldı
Azərbaycan 1-ci liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Xankəndi” klubunun futbolçusu Bəhruz Teymurov mükafatlandırılıb.
Sportify.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Oktyabrın ən yaxşı qolu 5-ci turun “Xankəndi” – “Şahdağ Qusar” qarşılaşmasında qeydə alınıb. Qolun müəllifinə mükafatı PFL-in inzibati binasında qurumun Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.



No Comment! Be the first one.