Ayxan Abbasov: Litvaya qarşı oyun planımızda dəyişikliklər olacaq
“İlk növbədə, azarkeşlərin dəstəklərindən dolayı təşəkkür edirəm. Oyunun ağır keçəcəyini bilirdik”.
Sportify.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov evdə Tacikistan yığmasına 1:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssisin sözlərinə görə, komandasının ağır tempə dözməsi lazımdır: “Gənclərdən ibarət qarışıq heyətlə oynayırdıq. Amma motivasiya üçün qələbə lazım idi. Qalib gəlməyimiz yaxşı oldu. Birinci hissədə tempi qaldıra bilmədik. Amma fasilədən sonra dəyişikliklər edərək, 20-25 dəqiqə çox yaxşı templi oynadıq. Bizə lazım olan bu idi. Çünki bizi ağır səfər gözləyir. Ağır tempə dözmək lazımdır”.
Abbasov UEFA Millətlər Liqasında sentyabrın 27-də səfərdə Litvaya qarşı keçirəcəkləri ilk oyundan gözləntilərini də açıqlayıb: “Bəzi futbolçularımız istirahət etdilər. İnanıram ki, onlar da bizə qoşularaq tam hazır vəziyyətdə olacaqlar və Litva səfərindən sərfəli nəticə ilə qayıdacağıq. Bu gün sual doğuran bəzi mövqelərdəki futbolçuları gördük və sualımıza cavab tapdıq. Əlbəttə, Litva tam başqa komandadır. Onlara qarşı tam fərqli hazırlaşacağıq. Oyun planımızda dəyişikliklər olacaq”.



No Comment! Be the first one.