Azərbaycan basketbolu üçün tarixi həftə
Azərbaycan klub basketbolu üçün cari mövsümdə oktyabr ayının sonuncu həftəsi beynəlxalq arenada misilsiz və tarixi bir uğur kimi yadda qalıb.
Sportify.az xəbər verir ki, Avropanın nüfuzlu klub turnirlərində ölkəmizi təmsil edən üç komandamız – “Sabah”, “Landau Lions” və “Gəncə” keçirdikləri rəsmi oyunlarda qələbələr qazanaraq Azərbaycan basketbol tarixinə qızıl hərflərlə yazılacaq nəticələrə imza atıblar.
Belə ki, basketbol üzrə Çempionlar Liqasında mübarizə aparan “Sabah” klubu nümayiş etdirdiyi əzmkar oyunla Fransanın “Nanter” klubu üzərində 87:80 hesablı qələbə əldə edib.
FİBA Avropa Kubokunda Azərbaycan təmsilçisi “Landau Lions” gərgin və əlavə vaxta gedən oyunun sonunda 94:86 hesabı ilə “Denizli Basket”ə, yalnız 5 əcnəbi basketbolçunun köməyindən istifadə edən “Gəncə” isə 69:67 hesabı ilə Portuqaliyanın köklü “Sportinq” klubuna qalib gələrək ilk qrup qələbələrini qazanıblar.



No Comment! Be the first one.