Azər Bağırov: "Bu barədə danışmaq istəmirəm"
“Şamaxı”nın baş məşqçisi Azər Bağırov “İmişli”yə 1:2 hesabı ilə məğlub olduqları Misli Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, mütəxəssis oyunla bağlı düşüncələrini bölüşüb:
“Oyunun çətin keçəcəyini bilirdik. “İmişli”də məşqçi dəyişikliyindən sonra gedişlər də fərqli olmuşdu. Uşaqları buna uyğunlaşdırmağa çalışmışdıq. İlk yarıda ötürmələrdə çoxlu səhvlərimiz var idi. Təəssüfləndirən məqam da bundan ibarətdir ki, qolları səhvlərdən buraxdıq. İkinci hissədə toparlandıq. Yaxşı oynadıq. Çox təəssüf ki, sonda penalti verildi. Hakimlər bunu necə dəyərləndirdi, bu barədə danışmaq istəmirəm. Məğlub duruma düşdük. Çalışacağıq ki, daha möhkəm olaq. Gələn oyunlara daha yaxşı hazırlaşaq”.



No Comment! Be the first one.