Bakıda təsirli anlar: Voleybolçu zədələndi, qızı ağladı – VİDEO
Azərbaycanın kişi voleybolçulardan ibarət “Xilasedici” və Portuqaliyanın “Sportinq” komandaları arasında keçirilən CEV Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda təsirli anlar yaşanıb.
Sportify.az xəbər verir ki, qarşılaşmanın dördüncü setində “Xilasedici”nin voleybolçusu Luis Enrike Reyes Rodriges ayağından zədələnib.
Ona meydanda tibbi yardım göstərilib. Bu zaman kubalı oyunçunun tribunadakı qızı ağlamağa başlayıb.
Görüntülər matçı canlı yayımlayan “CBC Sport”un obyektivlərindən yayınmayıb.
Qeyd edək ki, hazırda Fövqəladə Hallar Nazirliyinin İdman Zalında davam edən qarşılaşmada hesab bərabərdir – 2:2.
View this post on Instagram



No Comment! Be the first one.