"Ballon d`Or": Ən məhsuldar futbolçular onlar oldu
Almaniya “Bavariya”sının hücumçusu Harri Keyn 2025/2026 mövsümünün ən məhsuldar futbolçusu seçilib.
Sportify.az xəbər verir ki, ingiltərəli forvard klub və milli komanda səviyyəsində ən çox qol vuran futbolçu kimi Gerd Müller mükafatına layiq görülüb.
Keyn ötən mövsüm Münhen təmsilçisinin heyətində 51 oyunda 61 qol vurub və 7 məhsuldar ötürmə verib.
Qadın futbolunda isə bu mükafata meksikalı Şarlin Korrall layiq görülüb. O, klub və milli komanda səviyyəsində qadınlar arasında mövsümün ən məhsuldar futbolçusu seçilib.
Mükafatları təqdim edən şəxs aktrisa Sofi Törner olub.



No Comment! Be the first one.