“Barselona”dan əzmkar qələbə
İspaniya La Liqasının XII turunda “Barselona” səfərdə “Atletiko”nu 2:1 hesabı ilə məğlub edib.
Sportify.az xəbər verir ki, Madrid şəhərində keçirilən qarşılaşmada meydan sahibləri 10-cu dəqiqədə Culiano Simeonenin qolu ilə hesabı açıblar.
Kataloniya təmsilçisi 45-ci dəqiqəsində Fermin Lopesin qolu ilə tarazlığı bərpa edib.
Lopes 66-cı dəqiqədə yenidən fərqlənərək “Barselona”ya qələbə qazandırıb.
Bu nəticədən sonra xallarını 33-ə çatdıran “Barselona” turnir cədvəlinə liderlik edir. Liqada ikinci məğlubiyyətini alan “Atletiko” isə 28 xalla 4-cü pillədə qərarlaşıb.
XIII turda “Atletiko” səfərdə “Xetafe” ilə, “Barselona” isə doğma meydanda “Vilyarreal”la qarşılaşacaq.



No Comment! Be the first one.