“Barselona”nın futbolçusu sağaldı, “Sabah”la oyun üçün Bakıya gələcək
“Barselona”nın yarımmüdafiəçisi Dani Olmonun Bakıda “Sabah”a qarşı keçiriləcək Çempionlar Liqası matçında meydana çıxması gözlənilir.
Sportify.az xəbər verir ki, bu barədə İspaniyanın “AS” nəşri məlumat yayıb.
PSJ ilə qarşılaşmada (2:4) zədələnən futbolçunun noyabrın 22-də “Vilyarreal”la keçiriləcək görüşədək tam bərpa olunacağı ehtimal edilir.
Həmin matçdan sonra Kataloniya təmsilçisi “Sabah”la qarşılaşmaq üçün Bakıya gələcək.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” oyunu saat 21:45-də başlayacaq.



No Comment! Be the first one.